Aprelin 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,7 kiloqrama yaxın heroin, 29,5 kiloqrama yaxın marixuana, 2 kiloqramdan artıq metamfetamin, 755 qram tiryək, həmçinin 50 ədəd metadon həbi olub.
Bu saahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.