“Orta və böyük biznes sahələri inhisarlaşıb...” – İqtisadçı-ekspert DANIŞDI

“Orta və böyük biznes sahələri inhisarlaşıb...” – İqtisadçı-ekspert DANIŞDI
15.07.2024 17:36
Aa
dəq

Son dövrlərdə ölkəmizdə kiçik və orta sahibkarlıq anlayışı geniş yayılıb. İnsanlar riskləri gözə almadan bu sahəyə atılır və özlərinə biznes qurmağa çalışır.

Bəs ölkəmizdə qismən az riskli biznes və xidmət sahələri hansılardır?

“Azərbaycanda ümumiyyətlə orta və böyük biznes sahələrinə girmək mümkün deyil”.

Bu sözləri iqtisadçı-ekspert Akif Nəsirli "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib. 

“Həmin sahələr inhisarlaşıb və öz sahələrinə rəqib buraxmaq fikrində deyillər. Məsələn, tikinti, marketlər şəbəkəsi, hansısa məhsulun ölkəyə idxalı kimi böyük biznes sahələri inhisardadır. Buraya nəyini risk etmək, hətta girmək belə mümkün deyil. Nisbətən aşağı riskli sahələrə isə taksi fəaliyyətini, xırda xidmət sahələrini, kənd təsərrüfatının bitkiçilik sektorunu misal göstərmək olar. Hətta heyvandarlıq istiqamətində də biznes qurmaq mümkündür”. 

Ekspertin sözlərinə görə, xidmət sahələrindən dərzi, bərbər, pinəçilik kimi sahələrdə risk o qədər də çox deyil. Digər ölkələrlə müqayisədə Azərbaycan ümumiyyətlə biznes sahəsində çox riskli ölkədir. Adını bazar iqtisadiyyatı qoysalar da, əslində, Azərbaycanda inzibati amillik metodu ilə iqtisadi idarəetmə mövcuddur. 

“İllər əvvəl Azərbaycana şüşə gətirən biznesmenlə həmsöhbət oldum. O, bizə şikayət etdi və biz də onun şikayətini işıqlandırdırdıq. O, Bakıya burada satılandan 2 dəfə ucuz şüşə gətirib çıxarmışdı. Onun gətirdiyi şüşələri Azərbaycana buraxmadılar. Şüşə biznesi ilə məşğul olan şirkət ki, var, həmin adama çəkdiyi xərcin qiymətinə - məsələn, şüşənin hər kvadratmetri 3 manata gəlmişdirsə, onun pulunu verdilər. Həmin adam isə dedi ki, birdə gətirməyəcəm. O, düşünüb ki, iki dəfə ucuz mal gətirəcəm və üç günə malımı satacam. Amma düşünməyib ki Azərbaycanda oliqatorlar var və həmin oliqatorlar onu məhv edər”.

A.Nəsirli digər ölkələrin biznesi ilə müqayisə edərək bildirdi ki, hətta Rusiyada risklər bizə nisbətən aşağıdır. Qazaxıstanda isə risk faizi ümumiyyətlə aşağıdır. Qazaxıstanda pulun varsa, istənilən biznes sahəsi ilə məşğul ola bilərsən. Özbəkistanda Qazaxıstana nisbətən kiçikdə olsa, risklər var. Türkmənistanda biznes sahələri risk baxımından Azərbaycanla eynidir. 

Əlavə edir, Azərbaycanda iqtisadiyyat bazar iqtisadiyyatı modelinə inteqrasiya etməyib. Bazar iqtisadiyyatı modelinin əsas prinsipləri isə bunlardır: Liberal qiymət və kəskin rəqabət. Bazar iqtisadiyyatının əsasını təşkil edən məsələ bu iki amildir:

“Yəni qiymətə nəzarət edilməməsi əsas olmalıdır. Heç kim heç kimə diqtə edə bilməz ki, məhsulu bu qiymətə satmalısan. Digər tərəfdən isə amansız rəqabət olmalıdır ki, bu rəqabətdə iqtisadiyyat inkişaf etsin və irəliləsin. Amma bizdə qiymətlərin 60 faizini Tarif Şurası müəyyən edir. Digər tərəfdən isə rəqabət ümumiyyətlə yoxdur. İqtisadiyyatın 90 faizdən çoxu inhisar altındadır”.

Ekspert qeyd edir ki, bazar iqtisadiyyatı modelini tətbiq edən ölkələrdə dövlətin bir nömrəli tapşırığı inhisarçılığı aradan qaldırmaq və inhisarçılığa gedən yolu kəsməkdir. Nəyin bahasına olursa, olsun inhisarçılığa gedən yol kəsilməlidir. Hətta bəzi ölkələr var ki, hökumət deyir ki, sənin biznesinin həcmi ən yüksək nə qədər ola bilər. 

“Məsələn, bu sahəyə bir milyard qoya bilməzsən, amma 500 milyon qoya bilərsən. Digər 500 milyonu isə başqa sahəyə qoy. Yəni bəzi ölkələrdə belə qaydalar var. Bu məbləğ isə bazarın həcmindən asılı olaraq dəyişir. Azərbaycanda isə belə məsələlər haqqında düşünən yoxdur. Bütün sahələr inhisar altındadır və bütün bazarı ələ keçiriblər. Bu bazara isə yad adam buraxmırlar. Belə bir yerdə isə riskdən söhbət gedə bilməz. Risk sadəcə belə hesablanır ki, sən buraya girsən və fəaliyyət göstərərsən, sənin sonrakı taleyin heç də yaxşı olmaz” – deyə A.Nəsirli sonda bildirdi. 

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu