Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək və yarımfinalın ilk iştirakçıları bəlli olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, gün ərzində baş tutacaq həlledici matçlar azarkeşlərin diqqət mərkəzindədir.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası - 1/4 final (Cavab oyunları təqvimi):
- 14 aprel, 23:00: "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) | İlk oyun: 2:0
- 14 aprel, 23:00: "Liverpul" (İngiltərə) - PSJ (Fransa) | İlk oyun: 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.