Operativ Məlumat Mərkəzi

Onlar II Fəxri Xiyabanda dəfn olunacaqlar

1 dəq
Paylaş:
Onlar II Fəxri Xiyabanda dəfn olunacaqlar
onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq. Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin...

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər