Ombudsman nümayəndələri Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Prezident Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçılarına müraciət edib
Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB
Çin azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə 285 min dollar yardım ayırıb
Bildirilib ki, Ombudsman nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.
Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.
Qeyd edilib ki, Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.