Operativ Məlumat Mərkəzi

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb

1 dəq
Paylaş:
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb

nümayəndələri Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Agentliyinin sosial müəssisəsinə həmin repatriantlarla , onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edilib ki, Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax