Ombudsman beynəlxalq təşkilatları ikili standartlardan əl çəkməyə çağırıb

Ombudsman beynəlxalq təşkilatları ikili standartlardan əl çəkməyə çağırıb
30.11.2023 10:25
Aa
dəq

“Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, BMT-nin Baş Assambleyasının 1948-ci ilin 10 dekabr tarixli qətnaməsinə əsasən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar hər il bu tarix bütün dünya dövlətləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir: “Dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurət səbəbindən qəbul edilmiş və artıq bir neçə gündən sonra 75 illik yubileyi olacaq həmin məşhur sənədin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə öz əksini tapıb”.

Ombudsman qeyd edib ki, ötən bu uzun illər ərzində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edib: “Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilib”.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu