Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin raket ehtiyatları İranla mümkün eskalasiyanı məhdudlaşdırır?

2 dəq
Paylaş:
ABŞ-nin raket ehtiyatları İranla mümkün eskalasiyanı məhdudlaşdırır?

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ölkə prezidenti Trampa birbaşa məlumat verərək bildirib ki, mövcud ehtiyatlarının vəziyyəti Vaşinqtonun İrana qarşı mümkün eskalasiyasını məhdudlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağı "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Den Keyn Trampa İrana qarşı əməliyyatların davam etdirilməsi ilə bağlı müxtəlif ssenariləri təqdim , sursat və xüsusilə raket ehtiyatlarının məhdud olduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp ölkənin, o cümlədən hava hücumundan müdafiə raketləri ehtiyatının azalmasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinə səbəb olması ilə bağlı xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, "The New York Times" yazmışdı ki, Tramp raket ehtiyatlarının tükənə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı hərbi eskalasiyanı təxirə salıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax