Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı-Tbilisi qatar biletlərinin qiyməti açıqlandı

1 dəq
Paylaş:
Bakı-Tbilisi qatar biletlərinin qiyməti açıqlandı

-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə " Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, minimum qiymətlər Yevlax–Tbilisi üzrə 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi üzrə 57 manat, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.

Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax