Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AÇG-də neft hasilatı açıqlandı: İllik 120 milyon barel

2 dəq
Paylaş:
AÇG-də neft hasilatı açıqlandı: İllik 120 milyon barel

2025-ci ildə Xəzərin sektorunun əsas enerji arteriyası olan "Azəri- və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunda göstəriciləri açıqlanıb. Blokda gündəlik hasilat orta hesabla 330 min , ümumi hasilat isə təxminən 120 milyon barel (və ya 16 milyon ton) təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu statistika blokun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə 2024-cü ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda öz əksini tapıb.

Platformalar Üzrə Hasilat: Lider Hansıdır?

Məlumata əsasən, 2025-ci il ərzində AÇG-dən əldə olunan neftin platformalar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb:

"Mərkəzi Azəri" (90 min barel), "Qərbi Azəri" (76 min barel), "Dərinsulu Günəşli" (51 000 barel), "Şərqi Azəri" (43 min barel), "Mərkəzi-Şərqi Azəri" (ACE) (25 min barel), "Qərbi Çıraq" (24 000 min barel) və "Çıraq" (21 min barel).

İnfrastruktur baxımından, 2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu10 qaz injektor quyusu istismarda olub.

Tarixi Yubileylər və Rekord Göstəricilər

2025-ci il layihə tarixində iki mühüm yubileylə yadda qalıb. 18 fevral tarixində "Mərkəzi Azəri" platformasından ilk neftin çıxarılmasının 20 ili tamam olub. Bu platforma indiyədək 1,2 milyard barrel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında mütləq liderdir.

İlin sonunda, 30 dekabr tarixində isə "Qərbi Azəri" platformasının istismara verilməsinin 20 illiyi qeyd edilib. Bu platformadan indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

Layihənin Gələcəyi və Səhmdarlar

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Tarixi "Əsrin Müqaviləsi" 1994-cü ilin 20 sentyabrında imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində imzalanmış yeni saziş isə yataqların istismarını 2049-cu ilin sonunadək uzadıb.

Hazırda AÇG layihəsində pay bölgüsü bu şəkildədir: BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %) və "ONGC Videsh Limited" (OVL) (2,92 %).

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax