Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp niyə dövlət işlərinə maraq göstərmir? - Obamadan açıqlama

2 dəq
Paylaş:
Tramp niyə dövlət işlərinə maraq göstərmir? - Obamadan açıqlama

ABŞ-nin keçmiş prezidenti Barak Obama Donald haqqında şəxsi fikirlərini dərc edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The New " nəşri məlumat yayıb.

Məlumata görə, 2016-cı ildə ənənəvi andiçmə mərasimi ərəfəsində Oval Ofisdə baş tutan görüş zamanı Trampın dövlət işlərinə yanaşması Obamanı heyrətləndirib. Keçmiş qeyd edib ki, Trampın milli məsələlərinə qarşı nümayiş etdirdiyi maraqsızlıq və "savadsızlıq" gözlənilməz olub.

Bildirilib ki, Tramp və Şimali Koreyadan gələn potensial təhdidlərlə bağlı ciddi müzakirələrə laqeyd yanaşaraq, daha çox öz seçki kampaniyası mitinqlərindəki izdiham və iştirakçıların sayı ilə öyünməyə üstünlük verib. Obama hazırkı Ağ Ev rəhbəri haqqında heç bir illüziyasının olmadığını qətiyyətlə vurğulayıb.

Qeyd olunub ki, Donald Tramp da öz növbəsində sələfinin ünvanına tənqidi fikirlər səsləndirib. Aprelin 25-də verdiyi bəyanatda o, Obamanın hakimiyyəti dövründə Vaşinqtonun mənzərəsinin indikindən daha pis olduğunu və paytaxtın baxımsız qalaraq "bataqlığa" bənzədiyini iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax