Operativ Məlumat Mərkəzi

Sumqayıt–Bakı ekspres qatarlarının marşrutuna yeni dayanacaq əlavə olundu

1 dəq
Paylaş:
Sumqayıt–Bakı ekspres qatarlarının marşrutuna yeni dayanacaq əlavə olundu

Bu gündən Sumqayıt–Bakı istiqamətində ekspres qatarların hərəkət cədvəlinə dayanacağı daxil edilib. Yenilik sərnişinlərin gündəlik gediş-gəliş imkanlarını daha da genişləndirməyə xidmət edir.

Dəmir Yolları” QSC-nin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, sözügedən xətt üzrə səhər saat 07:30 və 08:00-da yola düşən ekspres qatarlar Bakıxanov dayanacağında da dayanacaq.

Bu dəyişiklik xüsusilə səhər saatlarında paytaxta üz tutan sərnişinlər üçün rahatlığı artıracaq.

Bununla yanaşı, axşam saatlarında da marşrutda yenilik tətbiq olunub. Belə ki, saat 18:05-də Bakıdan Pirşağı xətti üzrə Sumqayıt istiqamətində hərəkət edən ekspres qatar Sabunçu stansiyasında əlavə dayanacaq edəcək.

Qeyd olunan dəyişikliklər Sumqayıt–Bakı dəmir yolu xətti üzrə sərnişin daşımalarının daha çevik və əlçatan təşkilinə yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax