Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ vizasında yeni dövr: Girov sistemi daimi tətbiq olunacaq

3 dəq
Paylaş:
ABŞ vizasında yeni dövr: Girov sistemi daimi tətbiq olunacaq

ABŞ hökuməti bəzi ölkələrin vətəndaşları üçün olunan viza proqramını statusa keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, avqustun 3-dən qüvvəyə minən yeni qaydalara əsasən, iş (B-1) və turist (B-2) vizası müraciətçilərindən 20 min dollara qədər geri qaytarıla bilən depozit tələb oluna bilər.

Məlumata görə, konsulluq əməkdaşları müraciətçinin fərdi vəziyyətindən asılı olaraq 10 min, 15 min və ya 20 min dollar məbləğində girov müəyyən edəcəklər. Ödənişlər “U.S. Treasury's Visa Bond Program” vasitəsilə elektron qaydada həyata keçiriləcək. Ziyarətçi icazə verilən müddətdə ABŞ-ni tərk etdikdə və ya ölkəyə girişinə icazə verilmədikdə, yatırılan məbləğ tam şəkildə geri qaytarılacaq. ABŞ hökumətinin əməkdaşları və təcili humanitar hallar istisna olmaqla, digər şəxslər üçün güzəşt nəzərdə tutulmur.

Bildirilib ki, proqram viza müddətini aşan şəxslərin statistikası əsasında müəyyən edilən 50 ölkəni əhatə edir. Mərkəzi Asiyadan Qırğızıstan, Tacikistan və Türkmənistan siyahıya daxil edilsə də, Qazaxıstan və Özbəkistan bu siyahıda yer almayıb. Cənubi Qafqaz ölkələri arasında isə tələb yalnız Gürcüstan vətəndaşlarına şamil edilir.

Qeyd olunub ki, siyahının böyük hissəsini Afrika ölkələri təşkil edir. Banqladeş, Butan, Kamboca, Monqolustan, Nepal, Kuba, Nikaraqua və Venesuela da proqramın əhatə etdiyi ölkələr sırasındadır.

ABŞ Daxili Departamentinin məlumatına əsasən, pilot layihə dövründə viza müddətini aşan şəxslərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, proqramın tətbiq olunduğu ölkələrin vətəndaşlarına verilən vizaların sayında 83 faiz azalma qeydə alınıb.

Məlumatda vurğulanıb ki, bu qərar ABŞ-nin miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində atdığı addımların davamıdır. Bununla yanaşı, Dövlət Departamenti "Green Card" vasitəsilə daimi yaşayış icazəsi almaq istəyənlər üçün 100 min dollarlıq geri qaytarıla bilən girov tətbiqini də təklif edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax