Əsas məzmuna keç

Nikol Paşinyan XİN əməkdaşları ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Nikol Paşinyan XİN əməkdaşları ilə Azərbaycanla sülh prosesini müzakirə edib

o, nazir Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb. N.Paşinyan XİN əməkdaşları ilə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə...

Ermənistanın baş naziri Xarici İşlər Nazirliyinə (XİN) gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Aysor”a istinadən xəbər verir ki, o, nazir Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb.

N.Paşinyan XİN əməkdaşları ilə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səyləri, həmçinin Azərbaycanla normallaşma əlaqələrini müzakirə edib.

Onlar, həmçinin durumu qiymətləndiriblər.

2023-cü ildə ölkənin xarici siyasət kursunda görülən işlər barədə hökumət başçısına məlumat verilib. Tərəfdaş dövlətlərlə ikitərəfli səviyyədə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar və mövcud nəticələr baş nazirə təqdim olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…