Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını uğurlu adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlərə bildirib.
"Biz (Prezident Putinlə - red.) bir sıra məsələlərdə ümumi anlaşmaya gəldik, yəni Ermənistanın alternativlər formalaşdırmaq üçün qanuni hüququ var. Mən Rusiya Prezidentinə dedim ki, biz bu yolu elan etmişik və ona sadiq qalacağıq, xüsusən də indi, Ermənistan xalqı buna səs verdiyi bir vaxtda. Seçkiqabağı dövrdə dediyim kimi, Ermənistanın siyasətimiz nəticəsində alternativsiz qalacağı bir vəziyyətə düşəcəyimizi təsəvvür edə bilmirəm", - o bildirib.
N.Paşinyan edib ki, ölkənin bütün məsələlərdə həmişə alternativləri olmalıdır: "Alternativsizlik dövrü başa çatıb".