Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dankan Normanın Bakıdan ilk paylaşımı: Şərəf duyuram

2 dəq
Paylaş:
Dankan Normanın Bakıdan ilk paylaşımı: Şərəf duyuram

Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman Prezident İlham Əliyevə etimadnaməsini təqdim edib. Səfir bundan sonra iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi əlaqələrin və sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə töhfə vermək niyyətində olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dankan Norman bu barədə hesabında paylaşım edib.

“Bu gün etimadnaməmi Prezident İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu. Böyük Britaniya və arasında strateji tərəfdaşlığı, iqtisadi əlaqələri və sahəsində əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, Dankan Norman avqustun 18-də Prezident İlham Əliyev tərəfindən qəbul edilib və etimadnaməsini dövlət başçısına təqdim edib. Görüş zamanı Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən strateji tərəfdaşlıq, təhlükəsizlik, enerji və digər sahələrdə məsələləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax