Əsas məzmuna keç

Şimali Koreya ilə Rusiyanı birləşdirən yeni körpü istifadəyə verildi

Şimali Koreya ilə Rusiyanı birləşdirən yeni körpü istifadəyə verildi

Rason və Xasan sərhəd bölgələrini birləşdirən Tumen çayı üzərindəki körpü iki ölkə arasında ilk avtomobil yol bağlantısıdır.

ru en

Şimali Koreyanın Rason və Rusiyanın Xasan sərhəd bölgələrini körpü iki ölkə ərazisində keçirilən mərasimlə eyni vaxtda istifadəyə verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Yonhap agentliyinin Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yaydığı məlumata görə, açılış mərasimində hər iki ölkədən yüksək vəzifəli şəxslər iştirak edib.

Şimali Koreyanın Pak Tae-sonq və Rusiyanın Baş naziri Mixail Mişustin tədbirə videobağlantı vasitəsilə qatılıblar.

Mişustin çıxışında sərhədyanı nəqliyyat infrastrukturunun genişləndirilməsinin Rusiya ilə arasında ticarət, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığa mühüm təkan verəcəyini bildirib.

Rusiya hökumətinin başçısı körpünün gündə 300-ə qədər avtomobilin keçidinə imkan verəcəyini və Rusiyanın federal avtomobil yolları şəbəkəsinə qoşulacağını deyib.

Pak Tae-sonq isə körpünün iki ölkə arasındakı əməkdaşlığı möhkəmləndirəcəyini, eləcə də hər iki xalqın ümid və arzularına cavab verəcəyini qeyd edib.

Açılış mərasimində iki zolaqlı və 1 kilometr uzunluğunda olan körpüdən hər iki ölkənin bayraqlarını daşıyan yük maşınları keçib.

Rusiya ilə Şimali Koreya arasında hazırda birbaşa hava və dəmir yolu əlaqələri mövcuddur. Yeni körpü isə iki ölkəni birləşdirən ilk körpüsü kimi simvolik əhəmiyyət daşıyır.

” Şimali Koreyanın şimal-şərqində yerləşən Rason ilə Rusiyanın Uzaq Şərqindəki Xasan bölgəsini birləşdirir.

Uzunluğu 500 kilometrdən çox olan Tumen çayı Çin və Rusiya ilə sərhəddə yerləşən ərazilərdən keçərək Yapon dənizinə, digər adı ilə Şərq dənizinə tökülür.

Şimali Koreya ilə Rusiya arasındakı sərhədin uzunluğu 17 kilometr, Şimali Koreya ilə Çin arasındakı sərhədin uzunluğu isə təxminən 1 350 kilometrdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…