UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan klublarının növbəti raunddakı potensial rəqibləri müəyyənləşib.
“Neftçi” bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Zirə” isə ilk mərhələdə Gürcüstanın “Torpedo” kollektivini mübarizədən kənarlaşdıracağı halda, "Hegelmann" (Litva) - "Payde" (Estoniya) cütünün ən güclüsü ilə üz-üzə gələcək.
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da baş tutacaq.