Nazirlik bu əsasnaməni TƏSDİQ ETDİ

Nazirlik bu əsasnaməni TƏSDİQ ETDİ
29.08.2024 10:59
Aa
dəq

Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Əsasnamədə Yasaqlığın fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və Yasaqlığın mühafizəsi müəyyənləşib.

Əsasnamənin ümumi müddəalarında qeyd edilib ki, Daşaltı Dövlət Təbiət Yasaqlığı təbiət komplekslərinin və ya onların komponentlərinin (nadir və nəsli kəsilməkdə olan Bənövşəyi güləbətin, Hirkan şümşəsi (Hirkan pırkalı), Kürən güneyotu, Qarabağ tülpanı, Qayalıq böyürtkəni, Nöqtəli səhləb, Sağsağan gülxətmisi, Şoviç soğanı, Şmidt tülpanı, Şuşa gəvəni, Şuşa vələsi, Vələsyarpaq azat, İslandiya setrariyası, Dağ ramalinası, Avropa vaşaqı, Avropa cüyürü, Böyük qırğı, Adi uzunqanad, Enliqulaq bükükdodaq, Cənub nalburnu və s.) qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazidir.

Qeyd olunub ki, yasaqlığın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Yasaqlığın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.

Sənəddə qeyd edilib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında Yasaqlığın yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.

Əsasnamədə yasaqlığın fəaliyyət istiqamətləri də müəyyənləşib. Belə ki, buraya təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətində müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsinin təmin olunması, həmçinin elmi, mədəni, tədris və məhdud təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsi daxildir. Bundan başqa, genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii şəraitdə bərpa edilərək sağlamlaşdırılmasının və təbii vəziyyətinin qorunub saxlanılması məqsədilə təbiət ərazilərinin mühafizəsinin həyata keçirilməsi, Yasaqlığın ərazisində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqin həyata keçirilməsi, müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin bərpasını təmin etməklə regionun “yaşıl zona”ya çevrilməsinə töhfə verilməsi nəzərdə tutulur.

Əsasnaməyə görə, yasaqlığın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini nazirliyin regional orqanı həyata keçirir.

Qeyd olunub ki, yasaqlığın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. Yasaqlığın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində Yasaqlığa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.

Həftənin ən çox oxunanları

Suqovuşan və Talışın azadlığından 4 il ötür!

Suqovuşan və Talışın azadlığından 4 il ötür!
DAVAMIN OXU davamın oxu

Yenidən atəşkəs pozuldu, bölmələrimiz... - MN TƏCİLİ MƏLUMAT YAYDI

Yenidən atəşkəs pozuldu, bölmələrimiz... - MN TƏCİLİ MƏLUMAT YAYDI
DAVAMIN OXU davamın oxu

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür
DAVAMIN OXU davamın oxu

Vətən müharibəsinin başlamasından 4 il ötür

Vətən müharibəsinin başlamasından 4 il ötür
DAVAMIN OXU davamın oxu

Ötən həftə 242 mina zərərsizləşdirilib

Ötən həftə 242 mina zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu