Operativ Məlumat Mərkəzi

Nazir: Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək

1 dəq
Paylaş:
Nazir: Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək
bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Nazir...

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

"Qarabağ Universiteti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələr başqa universitetləri də seçə bilərdilər. Hüquq fakültəsinə qəbul olanlar 600 baldan çox yığan tələbələrdir", - E.Əmrullayev əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər