Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları Naxçıvan-Bakı reysi ilə Muxtar Respublikaya gələn, narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən Naxçıvan şəhər sakini Abbas Səfərovu saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yoxlama zamanı A. Səfərovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam edir