Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hörmüz boğazında gərginlik: Neft və qızılın qiyməti kəskin artdı

3 dəq
Paylaş:
Hörmüz boğazında gərginlik: Neft və qızılın qiyməti kəskin artdı

Yaxın Şərqdə hərbi gərginliyin eskalasiyası tədarükü və maliyyə bazarlarına ciddi zərbə vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, həftəsonu həyata keçirilən hava əməliyyatlarından sonra dünyanın ən strateji su yollarından biri olan Hörmüz boğazının faktiki olaraq bağlanması neft qiymətlərində kəskin artıma səbəb olub.

Günə aqressiv artımla başlayan "Brent" markalı neftin qiyməti erkən ticarət əməliyyatlarında 13 faiz bahalaşaraq bir barel üçün 82 dollara çatıb.

Bazarlardakı qeyri-müəyyənlik investorları daha təhlükəsiz aktivlərə yönəldib. Nəticədə qızılın qiyməti 2,8 faiz artaraq bir unsiya üçün 5 397 dollar səviyyəsinə yüksəlməklə yeni rekord müəyyənləşdirib.

Asiya bazarları da həftəyə itkilərlə başlayıb. Yaponiyanın "Nikkei" indeksi 2,4 faiz, Çinin "CSI 300" indeksi isə 0,6 faiz dəyər itirib. "Wall Street" birjasında da mənfi açılış gözlənilir.

Dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı, Tehranın keçidlərlə bağlı xəbərdarlıqları və gəmilərə edilən hücumlardan sonra iflic vəziyyətinə düşüb. Dəniz nəqliyyatını izləyən resurslar onlarla tankerin və sığorta problemləri səbəbindən boğazın hər iki tərəfində gözlədiyini bildirir.

Dünyanın ən böyük konteyner daşıma şirkətlərindən olan "Maersk", həm Hörmüz boğazı, həm də Süveyş kanalı vasitəsilə daşımaları dayandırdığını elan edib.

Dənizçilik Təşkilatı şirkətlərə bölgədən uzaq durmağı tövsiyə edib.

"Rystad Energy" ekspertləri gündəlik 15 milyon barel xam neftin bazara çıxışının əngəlləndiyini vurğulayırlar.

ABŞ rəsmiləri əməliyyatların hədəflər tamamlanana qədər həftələrlə davam edə biləcəyinə işarə edirlər.

Mütəxəssislər xəbərdarlıq edir ki, qısa müddətdə səngiməsə, neft qiymətlərində daha sərt artımlar qaçılmaz olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax