Operativ Məlumat Mərkəzi

“Müəllimlərə pul yığılması yolverilməzdir” - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
“Müəllimlərə pul yığılması yolverilməzdir” - XƏBƏRDARLIQ
bu barədə MÜTDA məlumat yayıb.  Bildirilib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı...

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.

Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər