Əsas məzmuna keç

Müctəba Xamenei yaralanıb: İran XİN rəsmi məlumat yaydı

Müctəba Xamenei yaralanıb: İran XİN rəsmi məlumat yaydı

Tehran fevralın 28-də ABŞ və İsrailin hücumu zamanı xəsarət alan yeni rəhbərin səhhəti barədə açıqlama verdi. Regionda gərginlik artır, son detallar xəbərimizdə.

ru en

İranın yeni ali rəhbəri Müctəba Hüseyni yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, hazırda ali rəhbər özünü yaxşı hiss edir. Məlumatda Müctəba Xameneinin fevralın 28-də İsrailin İrana qarşı əməliyyatı zamanı yaralandığı qeyd olunub.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraqKiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…