MSK dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib

MSK dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib
20.12.2023 13:08
Aa
dəq

MSK dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, toplantıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini İsmət Əliyev və baş prokurorun birinci müavini Elçin Məmmədov iştirak ediblər.

MSK sədri Məzahir Pənavov gələn il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin yerli və beynəlxalq ictimaiyyət üçün açıq olduğunu bəyan edib.

Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev isə qeyd edib ki, bu gün Azərbaycanın seçki qanunvericiliyi öz demokratikliyinə görə dünyanın ən aparıcı ölkələrinin qanunvericiliyindən geri qalmır: “Seçkilərin keçirilməsi istiqamətində hər mərhələdə daha irəli getmişik. Biz dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını da tamamilə yığışdırmalıyıq”.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın demokratik seçki keçirmək təcrübəsinin mövcud olduğunu vurğulayıb, seçki prosesində Konstitusiya Məhkəməsinin üzərinə düşən vəzifələrdən danışıb.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli xatırladıb ki, yeni qanunu qəbulu zamanı bəzi siyasi partiyalar 5 min nəfər üzv məsələsi ilə bağlı mübahisə edirdilər, düşünürdülər ki, bu, onlarım qeydiyyatına mane olacaq: “Amma indi o siyasi partiyalar seçkiləri boykot edirlər. Bu, çox təəssüfedici haldır. Qeydiyyata nail olub, indi seçkini boykot etmək çox böyük siyasi mədəniyyətsizlikdir".

MSK sədri Məzahir Pənahov bütün siyasi partiyalara bir daha müraciət edib, seçkilərdə iştiraka çağırıb.

Ədliyyə nazirinin müavini Toğrul Musayev nəzərə çatdırıb ki, cari ilin dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb və MSK-ya təqdim edilib.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bildirib ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb: “Dairə və məntəqə seçki komissiyalarının polisin səlahiyyətləri çərçivəsində qaldırdığı məsələlər aktiv şəkildə həllini tapacaq. Exit-polla mane olan tədbirlərinin də qarşısı dərhal alınacaq”.

Baş prokurorun birinci müavini Elçin Məmmədov seçki komissiyalarının işinə mane olanların inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib.

Sonda MSK sədri müşavirədə iştirak edən dövlət qurumlarının nümayəndələrinə təşəkkür edib.

Həftənin ən çox oxunanları

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
DAVAMIN OXU davamın oxu

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI
DAVAMIN OXU davamın oxu

AZAL-ın prezidenti təyin edilib

AZAL-ın prezidenti təyin edilib
DAVAMIN OXU davamın oxu

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
DAVAMIN OXU davamın oxu

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir
DAVAMIN OXU davamın oxu