Operativ Məlumat Mərkəzi

Mourinyo “Real Madrid”lə oyun öncəsi: “Ya qalib gəlirsən, ya da ayaq üstə ölürsən”

2 dəq
Paylaş:
Mourinyo “Real Madrid”lə oyun öncəsi: “Ya qalib gəlirsən, ya da ayaq üstə ölürsən”

“Benfika”nın Joze UEFA Çempionlar Liqasının həlledici oyununda “”ə qarşı mübarizə aparacaqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çətin vəziyyətdə olduğunu gizlətməsə də, hələ də şansların qaldığını vurğulayıb.

Mourinyonun sözlərinə görə, “Benfika” yalnız qələbə və paralel görüşlərdə uyğun nəticələr əldə olunacağı halda mübarizəni davam etdirə bilər:

“Seçmə mərhələ üçün son dərəcə çətin durumdayıq, amma qalib gəlsək və digər matçlarda uğurlu nəticələr olsa, şansımız qalır. “Real Madrid” çox güclü komandadır, dünyanın ən yaxşı futbolçularına sahibdirlər və hər səhvi dərhal cəzalandırırlar”.

Portuqaliyalı mütəxəssis futbolçularından cəsarətli oyun gözlədiyini bildirib:

“Qorxmamalıyıq, eyni zamanda hörməti də itirməməliyik. Turində rəqibin cərimə meydançasında 34 epizod yaratdıq, amma qol vura bilmədik. Sabah bu qədər imkanımız olmayacaq. Yaranan fürsətlərdən maksimum istifadə etməliyik. Qələbə qazanmasaq, turnirdən kənar qalacağıq. Burada yalnız bir hədəf var: ya qalib , ya da ayaq üstə ”.

Joze Mourinyo sabiq futbolçusu Alvaro Arbeloa haqqında da fikirlərini bölüşüb. O, Arbeloanı yüksək insani keyfiyyətlərinə görə xüsusi qiymətləndirdiyini deyib:

“Arbeloa mənim oğlanlarımdandır. “Real Madrid”də ən güclü futbolçu deyildi, amma ən yaxşı insanlardan biri idi. Onu məşqçi kimi dəyərləndirə bilmərəm, çünki meydanda görməmişəm, amma belə böyük klubda işləmək üçün kifayət qədər keyfiyyətlərə sahibdir”.

Mourinyo əlavə edib ki, Arbeloa üçün ümumilikdə uğurlar arzulasa da, bu oyun istisnadır:

“Onun üçün hər şeyin yaxşı getməsini istəyirəm, amma sabah yox. Sabah hər şeyin pis getməsini istəyirəm. Telefonla danışmamışıq, amma o, bunu artıq bilir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax