Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qarabağda mədəni irsin monitorinqi: UNESCO missiyası niyə baş tutmur?

3 dəq
Paylaş:
Qarabağda mədəni irsin monitorinqi: UNESCO missiyası niyə baş tutmur?

Azərbaycanın bölgəsindəki nümunələrinin vəziyyəti uzun illər davam edən münaqişədən sonra hələ də müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra bu istiqamətdə müxtəlif danışıqlar aparılsa da, qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb.

tərəfinin təqdim etdiyi məlumatlara görə, işğal dövründə bölgədə çoxsaylı tarixi və dini abidələrə ziyan dəyib. Rəsmi statistikaya əsasən, 8 şəhər, 1000-ə yaxın kənd, 65 məscid, 44 məbəd və 473 tarixi abidənin ciddi dağıntılara məruz qaldığı bildirilir. Həmçinin minlərlə muzey eksponatının talan edildiyi və ya məhv olunduğu qeyd olunur.

Bakı bir sıra tarixi abidələrin dağıdıldığını, memarlıq elementlərinin və kitabələrin zədələndiyini bildirir. Xüsusilə Qafqaz Albaniyasına aid abidələrdə dəyişikliklər edilməsi ilə bağlı iddialar səsləndirilsə də, bu məsələlər üzrə səviyyədə müstəqil araşdırma aparılmayıb.

Məlumata görə, Azərbaycan münaqişədən əvvəl də UNESCO-ya faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı müraciətlər edib. Lakin təşkilat bu cür missiyanın tərəflərin razılığı əsasında həyata keçirilə biləcəyini bildirib.

Müharibədən sonra UNESCO 1954-cü il Haaqa Konvensiyasına əsasən bölgəyə texniki missiya göndərilməsi təklifini irəli sürüb. Azərbaycan tərəfi missiyanın keçirilməsinə prinsip etibarilə etiraz etməsə də, onun mandatı, marşrutu və istifadə olunacaq terminologiya ilə bağlı mövqeyini açıqlayıb.

Tərəflər arasında missiyanın adı, tərkibi və fəaliyyət çərçivəsi ilə bağlı fikir ayrılıqları səbəbindən proses yekun razılaşma ilə nəticələnməyib. Sonrakı mərhələdə isə məsələ texniki qiymətləndirmədən siyasi müstəviyə keçib.

Hazırda Qarabağ bölgəsindəki mədəni irsin vəziyyətinin beynəlxalq səviyyədə hərtərəfli və obyektiv qiymətləndirilməsi üçün razılaşdırılmış missiya hələ də həyata keçirilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax