Operativ Məlumat Mərkəzi

MN: Erməni silahlılarının mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

1 dəq
Paylaş:
MN: Erməni silahlılarının mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər