MM komitələrinin birgə iclasında insan alveri ilə mübarizədəki vəziyyət açıqlanıb

MM komitələrinin birgə iclasında insan alveri ilə mübarizədəki vəziyyət açıqlanıb
08.05.2023 11:21
Aa
dəq

Keçən il Gəncədə uşaq əməyinin istismarı ilə bağlı bir çox nöqsanlar var idi, mən çıxışımda bu məsələni qaldırmışdım.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

Deputat deyib ki, Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb və bu problem yerində həll olunub: “Gəncədə bir sığınacaq var, ətraf rayonlardan da qurbanlar ora gətirildiyi üçün sıxlıq yaşanır. Sığınacaqların sayının artırılmasına ehtiyac var. Ümid edirəm ki, məcburi əməyindən istifadə olunan uşaqlarla bağlı problemlər də tam həllini tapacaq”.

Deputat Razi Nurullayev Daxili İşlər Nazirliyinin insan alverin qarşı mübarizədə fəaliyyətini təqdir edib.

Deputat Elman Nəsirov isə dilənçiliyin artıq formasının bir qədər dəyişdiyini, bəzilərinin küçələrdə insanlara yaxınlaşaraq pul istədiyini nəzərə çatdırıb.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Daxili İşlər Nazirliyinin parlamentlə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib və bu günlərdə nazirliyin təşəbbüsü ilə deputatların sığınacaqlardan birinə baş çəkdiyini bildirib.

Deputat Vüqar İskəndərov qeyd edib ki, son vaxtlar yenə Aran rayonlarında yol kənarlarında yaşı az olanların, yeniyetmələrin əməyə cəlb olunduğunu müşahidə edirik: “Diqqət çəkən məqamlardan biri dilənənlər arasında yeniyetmələrə demək olar ki, rast gəlinməməsidir. Bu, müsbət haldır”.

Deputat Elşad Mirbəşir xarici ölkələrdə insan alveri qurbanı olmuş insanların xarici ölkələrdə sonradan insan alveri ilə mübarizəyə cəlb olunduğunu nəzərə çatdırıb və Azərbaycanda da bu təcrübənin tətbiqini vacib sayıb.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial həssas qruplara diqqət çəkib və sosial müdafiə paketlərinin artırılmasının insan alveri ilə mübarizədə mühüm rol oynaya biləcəyini vurğulayıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, Əmək Müfəttişliyinin yoxlamalar aparmasına moratorium qoyulması məcburi əmək istismarı faktlarının üzə çıxarılmasına maneə yaradır. Sahib Məmmədov Azərbaycanın bu sahədə qanunvericiliyinin müasirləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Zahid Oruc beynəlxalq hesabatlara laqeyd yanaşılmasını düzgün saymayıb: “Daxili İşlər Nazirliyi hadisə baş verəndən sonrakı mübarizədə rol oynaya bilər. Mütləq bütün hökumət, strukturlar, vətəndaş cəmiyyəti strukturları aktiv rol oynamalıdırlar ki, insan alverinə qarşı mübarizə daha effektli olsun”.

Daxili İşlər Nazirliyi İctimai Şurasının sədri Əliməmməd Nuriyev İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığa çox açıq olduğunu nəzərə çatdırıb. Əliməmməd Nuriyev sosial şəbəkələr üzərindən həyata keçirilən insan alveri hallarına diqqət çəkib və bu sahədə mübarizəyə xüsusi diqqət ayrılmasını vacib sayıb: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi insan alverinə qarşı mübarizədə profilaktik tədbirlərin görülməsinə töhfə verə bilər. O cümlədən İranın bu sahədə müəyyən əməllərinin qarşısının alınmasında Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rolu ola bilər. Digər tərəfdən, insan alveri sahəsində QHT-lərə hər il ayrılan 5,6 milyon manat vəsaitin artırılmasına ehtiyac var. Hər il bu sahədə həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün QHT-lərə bu həcmdə vəsait ayrılır”.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu