Milli Məclisin iclası keçirilir, gündəliyə dəyişiklik edilib - YENİLƏNİB

Milli Məclisin iclası keçirilir, gündəliyə dəyişiklik edilib - YENİLƏNİB
26.12.2023 12:23
Aa
dəq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qanunverici orqanın bugünkü iclasının gündəliyinə dəyişiklik edilib.

Belə ki, toplantının gündəliyinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi əlavə olunub. Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 9-a çatıb.

***

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Milli Məclisinin Bəyanatı

2. “Arbitraj haqqında” qanun layihəsi (üçüncü oxunuş)

3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

4. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

6. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu