Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail XİN Quterreşin Livanla bağlı bəyanatını tənqid edib

2 dəq
Paylaş:
İsrail XİN Quterreşin Livanla bağlı bəyanatını tənqid edib

İsrailin Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Quterreşi Livanla sülhün əldə olunması istiqamətində səyləri dəstəkləməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail XİN "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd olunub ki, bəyanat Quterreşin İsrail və radikal "" qruplaşmasının Livan hökumətində sabitliyi pozmaq üçün guya bir-birinə kömək etməsi barədə fikirlərinə cavab olaraq verilib.

"Suveren BMT üzvü olan dövlətin terror təşkilatı ilə eyniləşdirilməsi BMT Baş katibinin uğursuzluğunun daha bir sübutudur. Təşkilat "Hizbullah"ı tərksilah edə bilməyib və Şurasının öz qətnaməsini yerinə yetirə bilməyib Antonio Quterreş İsrail və Livan arasında sülhün əldə olunması səylərini qətiyyətlə dəstəkləməlidir", - XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax