Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ hücumları beynəlxalq hüququ pozur – İran XİN

2 dəq
Paylaş:
ABŞ hücumları beynəlxalq hüququ pozur – İran XİN

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubundakı bəzi bölgələrə endirdiyi zərbələrin hüququn açıq şəkildə pozulması olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin yazılı açıqlamasında ABŞ-nin son hücumlarının BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə və dövlətlər arasında güc tətbiqini qadağan edən əsas hüquq prinsipinə zidd olduğu vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hücumlar İranın milli suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlib.

administrasiyası özünümüdafiə hüququ çərçivəsində hücumların mənbəyi hesab edilən bölgədə ABŞ hərbi bazaları və qüvvələrinə cavab tədbirləri gördüyünü bildirib.

İran eyni zamanda region ölkələrini öz ərazilərinin İrana qarşı hücumların planlaşdırılması və dəstəklənməsi məqsədilə istifadə olunmasına imkan verməməyə çağırıb.

Xarici İşlər Nazirliyi BMT Şurası və BMT Baş katibini beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində məsuliyyətlərini yerinə yetirməyə, həmçinin hücumların təşkilatçılarının cavabdehliyə cəlb olunmasını təmin etməyə səsləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax