"Facebook" və "Instagram"-ın rəhbəri olan "Meta" şirkəti valideyn nəzarətini düzgün tətbiq etməməkdə ittiham olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ittiham ABŞ məlumat məxfiliyi təmsilçisi tərəfindən səsləndirilib.
Federal Ticarət Komissiyası bildirib ki, "Facebook" uşaq məlumatlarından qazanc əldə etməyi dayandırmalıdır.
"Şirkətin ehtiyatsızlığı gənc istifadəçiləri riskə atıb. "Facebook" buna görə cavab verməlidir".