Operativ Məlumat Mərkəzi

Mingəçevir İES 8 bloku qısa müddət ərzində yenidən qurulub".

2 dəq
Paylaş:
Mingəçevir İES 8 bloku qısa müddət ərzində yenidən qurulub".
bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib. "İllər keçdikcə istənilən...

"Mingəçevir Elektrik Stansiyasının 8 bloku qısa müddət ərzində yenidən qurulub".

"Operativ Məlumat Mərkəzi" xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

"İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır", - Prezident qeyd edib.

Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər