Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Mərakeş səfiri Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verib.