Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub

2 dəq
Paylaş:
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub

Azərbaycanın birinci aprelin 6-də Tbilisidə Milli Muzeyində olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.

Muzeyin “Gürcüstanda Daş dövrü” ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. “Arxeoloji xəzinə” ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.

Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. Kolleksiya xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə “Xətai” və “Çələbi” motivlərinin müasir kompozisiyada sintezi olan “Naxçıvan”, xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən “Açma-yumma”, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan “Qarabağ”, “Bəndi-Rumi” kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan “Ovçuluq” və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan “Pazırık” xalçaları daxildir.

Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax