“Təhsil Nazirliyi işçilərinin 90 faizi teatrların harada yerləşdiyini bilmirlər”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.
O bildirib ki, bu səbəbdən yaradıcı sahəyə laqeyd yanaşırlar: “Mədəniyyət və İncəsənət Universiteti və digər mədəniyyət müəssisələri Mədəniyyət Nazirliyinin balansına verilsə, yaxşı olar”.
İ.Rəhimli teatrlara yardım edən sponsorların vergidən azad edilməsini təklif edib: “Rəhbərlik bu barədə Nazirlər Kabinetinə təkliflər versin”.