Operativ Məlumat Mərkəzi

Masallıda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib

2 dəq
Paylaş:
Masallıda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib
Masallıda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat...

Masallıda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində kol-kos sahəsində yanğın qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Anar Cəbiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər