Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mançester Yunayted" Kazemiro ilə vidalaşır: Əvəzləyici namizədlər bəlli oldu

2 dəq
Paylaş:
"Mançester Yunayted" Kazemiro ilə vidalaşır: Əvəzləyici namizədlər bəlli oldu

Braziliyalı yarımmüdafiəçi 34 yaşında olmasına baxmayaraq, "" klubunda karyerasının ən yaxşı dövrlərindən birini keçirir. Buna rəğmən, təcrübəli futbolçu gələn ay komandanı tərk edəcəyini rəsmən açıqlayıb. Vaxtilə "Real"dan 60 milyon avroya edilən ulduz oyunçunun gedişi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Brentford" ilə keçirilən son qarşılaşmada Kazemiro əsl peşəkarlıq nümayiş etdirib.

O, təkcə qol vurmaqla kifayətlənməyib, eyni zamanda meydanda demək olar ki, səhvsiz oynayıb.

Xüsusilə 68-ci dəqiqədə rəqiblə üz-üzə gələrək topu təmiz şəkildə alması matçın ən yaddaqalan anlarından biri olub.

Baş məşqçi Maykl Kerrik futbolçunun cərimə meydançasında əla intuisiyaya malik olduğunu və bu mövsüm onun istedadından maksimum yararlandıqlarını vurğulayıb.

İndi klub rəhbərliyi qarşısında duran əsas məsələ mərkəz xəttini kiminlə gücləndirəcəyidir. Məlumata görə, siyahısında bir neçə tanınmış ad var:

  • ("Nyukasl")
  • Bruno Gimarayns ("Nyukasl")
  • Elliot Anderson ("Nottingem Forest")
  • Adam Uorton ("Kristal Pelas")

Növbəti mövsüm Çempionlar Liqasında iştirakı rəsmiləşən komandanın mərkəz mövqeyinə ən azı iki yeni transfer edəcəyi gözlənilir.

Bu oyunçuların bazar dəyərinin yüksək olması səbəbindən klubun büdcəni necə tənzimləyəcəyi maraq doğurur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax