Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisini heyətinə qatmaq istəyir

1 dəq
Paylaş:
"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisini heyətinə qatmaq istəyir

İngiltərənin "" klubu heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir. Bu dəfə klubun diqqət mərkəzində ""ın 21 sol müdafiəçisi yer alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki,"Mançester Yunayted" rəsmiləri artıq futbolçunun nümayəndələri ilə ilkin müzakirələrə start veriblər.

Mançester təmsilçisinin gənc oyunçuya olan marağının ciddi olduğu və klubun onun potensialını yüksək qiymətləndirdiyi bildirilir.

"Çelsi" akademiyasının yetirməsi olan Lyuis Holl ötən mövsüm Eddi Haunun rəhbərliyi altında "Nyukasl"ın heyətində bütün turnirlər daxil olmaqla 47 qarşılaşmada meydana çıxıb.

O, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, müdafiəçinin hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax