Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mançester Yunayted" Mateuş Fernandeşi heyətinə qatmağa hazırlaşır

1 dəq
Paylaş:
"Mançester Yunayted" Mateuş Fernandeşi heyətinə qatmağa hazırlaşır

"" ""in yarımmüdafiəçisi Fernandeşi transfer etməyə çox yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Times" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 21 portuqaliyalı futbolçunun keçidi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə ediblər.

Mənbə qeyd edir ki, bu transfer "Mançester Yunayted"ə təxminən 92 milyon avroya başa gələ bilər.

Bu məbləğ cari mövsümün ən bahalı keçidlərindən biri kimi tarixə düşə bilər.

Eyni zamanda, futbolçu ilə yaxından maraqlanan digər London klubu "Arsenal"ın bu qədər yüksək təzminat ödəməyə hazır olmadığı vurğulanır.

Gənc yarımmüdafiəçi "Vest Hem"in heyətində göstərdiyi oyunla bir çox nəhəng klubların diqqətini çəkməyi bacarıb.

Ötən mövsüm ərzində o, London təmsilçisinin heyətində 38 rəsmi matçda meydana çıxıb. Fernandes bu görüşlərdə 4 qol vurmaqla yanaşı, 4 məhsuldar ötürmə ilə də yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax