İngiltərənin "Mançester Siti" klubu "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonun transferi ilə bağlı danışıqları dayandırmaq barədə düşünür. "Şəhərlilər" 23 yaşlı futbolçu üçün 100 milyon funt sterlinq zəmanətli ödəniş və əlavə 20 milyon funt sterlinq bonus təklif etsələr də, qarşı tərəf bu təklifi rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Nottingem Forest" rəhbərliyi öz mövqeyində qətidir və qiymətdə güzəştə getmək niyyətində deyil.
Bu vəziyyət "Mançester Siti"ni transfer cəhdindən tamamilə imtina etmək variantını nəzərdən keçirməyə vadar edib.
Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted" də eyni futbolçu ilə maraqlanırdı. Lakin "qırmızı şeytanlar" tələb olunan məbləği həddindən artıq yüksək hesab edərək, danışıqlardan kənarlaşmaq qərarına gəlmişdilər.
Xatırladaq ki, "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.