“Mançester Siti” yay transfer pəncərəsi bağlanmamışdan əvvəl heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “talkSPORT”un yaydığı məlumata görə, klubun yarımmüdafiəçisi Niko Qonsales komandanı tərk edə bilər.
24 yaşlı ispaniyalı futbolçu ilə “Nyukasl” yaxından maraqlanır. İngiltərə klubu Sandro Tonali və Brunu Gimarayşın yoxluğunda mərkəz xəttini gücləndirmək üçün Qonsalesi əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
“Mançester Siti” rəhbərliyinin isə futbolçunun mümkün satışına razılıq verməyə hazır olduğu bildirilir. Klub əldə olunacaq vəsaitdən yeni transferlərin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.
“Şəhərlilər”in əsas transfer hədəfləri arasında “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes və “Lill”in futbolçusu Əyyub Buaddi yer alır.
Bununla belə, Qonsalesin özü komandadan ayrılmağa o qədər də həvəsli deyil. Futbolçunun baş məşqçi Enso Mareskanın rəhbərliyi altında “Mançester Siti”də qalmaq istədiyi vurğulanır.
Xatırladaq ki, “Mançester Siti” ötən yay Niko Qonsalesi “Portu”dan 60 milyon avro qarşılığında transfer edib.
İspaniyalı yarımmüdafiəçi “şəhərlilər”in heyətində indiyədək 59 matç keçirib və 4 qol vurub.