Əsas məzmuna keç

Makron Aİ-dən yardım istədi

Makron Aİ-dən yardım istədi

Fransa rəhbəri Jirond vilayətindəki yanğınları söndürmək üçün Avropadan təcili aviasiya dəstəyi istəyib. 50 min hektarı külə çevirən fəlakətin detalları:

ru en

Fransa Prezidenti Emmanuel ölkədə davam edən genişmiqyaslı meşə yanğınları ilə mübarizə üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salınmasını istəyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Makron xüsusilə ölkənin cənub-qərbində yerləşən vilayətində yanğınlarla mübarizənin davam etdiyini bildirib.

Yanğınların söndürülməsi üçün səfərbər olunan yanğınsöndürənlərə və digər əməkdaşlara təşəkkür edən Fransa Prezidenti son günlər minlərlə hektar ərazini əhatə edən yanğınlarla mübarizə məqsədilə Aİ-nin Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini xahiş etdiyini qeyd edib.

Makronun sözlərinə görə, bu çərçivədə Xorvatiyadan iki, Portuqaliyadan iki yanğınsöndürmə təyyarəsi, həmçinin Çexiya və Slovakiyadan iki helikopter yanğınların söndürülməsinə dəstək verəcək.

Fransanın naziri Loran Nünez isə ilin əvvəlindən ölkədə baş verən yanğınlarda 50 min hektardan çox ərazinin yandığını açıqlayıb.

Nazir bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Nünez əlavə edib ki, Jirond vilayətinin Somo şəhəri yaxınlığında üç gündür davam edən və mövsümün ən böyük yanğını hesab olunan hadisə nəticəsində artıq 10 min hektardan çox ərazi yanıb.

Onun sözlərinə görə, çətin relyefə malik ərazidə yayılan yanğın hələ də nəzarət altına alınmayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…