Fici adaları regionunda 6,1 maqnitudalı güclü zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.
Yeraltı təkanların dəqiq koordinatları və fəsadları barədə hələlik geniş məlumat verilməyib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə rəsmi bildiriş daxil olmayıb.