İngiltərənin "Liverpool" klubu yay transfer pəncərəsində komandanı tərk edəcək Məhəmməd Salahın yerinə yeni oyunçu axtarışlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mersisaydlıların əsas hədəfi Almaniyanın "Leipzig" klubunun vingeri Yan Diomandedir.
Misirli hücumçu 9 illik çıxışından sonra "Anfield" stadionunu tərk etməyə hazırlaşır.
Bu səbəbdən klub rəhbərliyi artıq 19 yaşlı Kot-d'İvuar əsilli ulduzun agentləri ilə görüşlər keçirib.
Yan Diomande Almaniya Bundesliqasında möhtəşəm performans sərgiləyir. Onun bu mövsümkü statistikası aşağıdakı kimidir:
- Qol: 12
- Məhsuldar ötürmə: 17
Gənc istedadın transfer dəyəri təqribən 75 milyon avro olaraq qiymətləndirilir.