Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sudan lideri PUA hücumu ilə bağlı bəyanat yaydı

2 dəq
Paylaş:
Sudan lideri PUA hücumu ilə bağlı bəyanat yaydı

Naxçıvana İran ərazisindən edilən dron ilə bağlı Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan İlham Əliyevə rəsmi məktub göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, məktubda deyilir:

" ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.

Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.

Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona və sabitlik bəxş etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax