İngiltərə futbolunun köklü klublarından olan və 2016-cı ilin Premyer Liqa çempionu “Lester Siti” turnir cədvəlindəki geriləməni dayandırmaq üçün radikal addım atıb.
“Operativ Məlumat Mərkəzi-OMM” klubun rəsmi saytına istinadən xəbər verir ki, klub Qeri Rouetti yeni baş məşqçi təyin etdiyini elan edib.
51 yaşlı ingilis mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Rouettin qarşısına qoyulan yeganə və ən mühüm tapşırıq komandanın aşağı liqaya düşməsinin qarşısını almaqdır.
Hazırda "Lester Siti" Çempionşipdə 22-ci pillədə qərarlaşaraq birbaşa enmə zonasında yer alır.
Vəziyyətin kritik olmasına baxmayaraq, xilas zonası ilə komanda arasında cəmi 3 xallıq fərq var. Son olaraq "Oksford Yunayted"də çalışan Rouett, dərhal vəzifəsinin icrasına başlayaraq "Tülkülər"in rəqabət qabiliyyətini bərpa etməyə çalışacaq.
Klub rəhbərliyi və azarkeşlər bu məşqçi dəyişikliyinin çox gec olmadan komandaya müsbət təsir edəcəyinə ümid edirlər.