Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Lester Siti" Qeri Rouetti yeni baş məşqçi kimi rəsmən açıqladı

2 dəq
Paylaş:
"Lester Siti" Qeri Rouetti yeni baş məşqçi kimi rəsmən açıqladı

İngiltərə futbolunun köklü klublarından olan və 2016-cı ilin çempionu Siti” turnir cədvəlindəki geriləməni dayandırmaq üçün radikal addım atıb.

“Operativ Məlumat Mərkəzi-OMM” klubun rəsmi saytına istinadən xəbər verir ki, klub Qeri yeni baş təyin etdiyini elan edib.

51 ingilis mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Rouettin qarşısına qoyulan yeganə və ən mühüm tapşırıq komandanın aşağı liqaya düşməsinin qarşısını almaqdır.

Hazırda "Lester Siti" Çempionşipdə 22-ci pillədə qərarlaşaraq birbaşa enmə zonasında yer alır.

Vəziyyətin kritik olmasına baxmayaraq, xilas zonası ilə komanda arasında cəmi 3 xallıq fərq var. Son olaraq "Oksford Yunayted"də çalışan Rouett, dərhal vəzifəsinin icrasına başlayaraq "Tülkülər"in rəqabət qabiliyyətini bərpa etməyə çalışacaq.

Klub rəhbərliyi və azarkeşlər bu məşqçi dəyişikliyinin çox gec olmadan komandaya müsbət təsir edəcəyinə ümid edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax