Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lavrov: Suriya hökuməti Bəşər Əsədi təqib etməkdən imtina etdi

1 dəq
Paylaş:
Lavrov: Suriya hökuməti Bəşər Əsədi təqib etməkdən imtina etdi

Rusiyanın naziri mediasına verdiyi müsahibədə bildirib ki, Suriyada formalaşan yeni hökumət artıq keçmiş Bəşər Əsədin məhkəməyə verilməsi məsələsini gündəmə gətirmir.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Lavrovun sözlərinə görə, bu mövzu uzun müddətdir qaldırılmır.

Nazir qeyd edib ki, Suriya tərəfi Prezident Əsəd və ailəsinin 2024-cü ilin dekabr ayında Rusiya Federasiyasına gəlişi ilə bağlı vəziyyətdən tam məlumatlıdır. Onun sözlərinə görə, həmin dövrdə Suriya tammiqyaslı müharibə, intensiv şəhər döyüşləri və yüksək gərginlik şəraitində olub.

Lavrov vurğulayıb ki, Bəşər Əsəd dərhal həyatı üçün ciddi təhlükə ilə üz-üzə qalıb və məhz bu səbəbdən, sırf humanitar məqsədlərlə ona sığınacaq verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax